Əri üzünə “kislota” atdı - Sifəti tanınmaz hala düşdü
Efiopiyada gənc bir qadın əri tərəfindən “kislota” hücumuna məruz qalıb. Hadisədən sonra üzü tanınmaz hala düşən qadının gözləri kor olub.
Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, ağır yaralı olan qadın nə danışa, nə yemək yeyib su içə bilir. 
26 yaşındakı Atsede Nigussiemdir başına gələn hadisəni danışarkən yalnız ağlaya bildiyini deyib: “Hələ ki, hücumun səbəbi bəlli deyil. Ərimin mənə nə üçün belə bir şey etdiyini bilmirəm. Həmin gecə valideynlərimin evində idim, qapı döyüldü, açdım, olanlar oldu. Hər şey bir anda baş verdi. Birdən-birə “kislota”nı üzərimə atdı”. 
Gənc qadın ağrıdan qışqıraraq qonşulardan kömək istəyib. O əsnada qadının 29 yaşlı əri Kaimanot Kahsai hadisə yerindən çoxdan uzaqlaşmışdı. Hadisə yaşanarkən ailənin 5 yaşlı oğlu Hannibal evdə yatırmış. Qorxunc hadisədən sonra gənc qadın hələ də ağrı-acı içindədir. Sol gözü kor olan Atsede Nigussiem, sağ gözülə çox az görə bilir və onu da itirmək riski ilə qarşı-qarşıyadır. 

Sadəcə bir “pipetka” köməyilə qidalanır. Dərinin yanması səbəbindən gündən-günə əriyən gənc qadın, bacısı ilə birlikdə müalicə üsulu tapmaq üçün Taylanda gedib. Hazırda o, xəstəxanada sol gözü və dərisi üçün müalicə alır. Həkimlərin sözlərinə görə, gənc qadının əvvəlki görünüşün tam bərpa etmək mümkün olmayacaq. Xüsusi müalicəyə ehtiyacı olan qadına bacısı internet üzərindən maddi yardım toplayır.

LEGİON.AZ