“Sabina” parfumeriya mağazası vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satdı – FOTO
“Sabina” parfumeriya mağazası vaxtı keçmiş malı, endirim kompaniyası adı ilə satır. 

AZXEBER.COM xəbər verir ki, “Sabina” parfümeriya mağazası vaxtı keçmiş malı müştəriyə satması haqda müştəri “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib. O, müraciətində Sabina parfümeriya mağazasının Əhmədli filialından 31.08.2017 tarixdə Cristian Dior markasına məxsus endirimlə 62.40 AZN ödəyərək kirpik üçün mascara aldığını deyib. Mənə verilən kassa çekinin üzərində VÖEN yoxdur. Evə gəldikdə malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopartdım və kağızın altında basma ilə kod gördüm. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım.Mənə məlum oldu ki, malın istehsal tarixi 2013-cü il sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır.

Daha sonra mağazaya zəng etdiyini vurğulayan müştəriyə satıcılar məhsulun yeni olduğunu, hətta 3-5 il istifadə edə biləcəyini də deyiblər: “Dərhal mağazaya zəng etdim (012 570 39 90) iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə bu məhsul təzədir dedilər, hətta 3-5 il istifadə etmək olar dedilər. Mən onlara kodu deyəndən sonra onlar təklif etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərsiniz. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı vatsap yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu və yararlılıq vaxtı keçmiş malı endirim kompaniyası adı altında satılmasının yolverilməz olduğunu anladım.

Xahiş edirəm istehsalçı hüququmu qoruyasınız, mal qaytarılsın, ödədiyim 62.40 AZN mənim ünvanıma gətirilib verilsin.

LEGİON.AZ