Bu ölkədə qadınlara pulsuz qaz balonları veriləcək
İtaliyada qadınlara qaz balonları paylanacaq.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir təkliflə İtaliyanın Piza şəhəri yaxınlığındakı Kaşina qəsəbəsinin meri Suzanna Çekkardi çıxış edib.

Mer təklif edir ki, hər bir qadına kiçik gözyaşardıcı qaz balonları verilməlidir.

Məqsəd isə qadınların cinsi zorakılığa qarşı müdafiə olunmasını təmin etməkdir.

Mer balonların alınması üçün vəsaitin ayrılmasını da tapşırıb.

LEGİON.AZ