Sərnişinlərin ən çox şikayət etdiyi marşrutlar məlum oldu - SİYAHI
"Bakı Nəqliyyat Agentliyinə daha çox 101, 187, 150, 173, 124 saylı marşrut xətlərindən şikayət daxil olur”.

Bu sözləri Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin  rəhbəri Mais Ağayev deyib.  O bildirib ki, həmin marşrut xətləri əsasən Bakıətrafı kənd və qəsəbələrə işləyir.

"Şikayətlər əsasən avtobusların texniki vəziyyəti, interval, sürücüərin davranışı ilə bağlı olur. Bizə gələn şikayətlərin daşıyıcılar və müvafiq qurumlara ünvanlayırq”. 

LEGİON.AZ