“Coca-Cola” ilə bağlı əhalini təşvişə salan səsli mesaj: “QİÇS virusu…” – SƏS YAZISI
“Coca-Cola” ilə bağlı əhalini təşvişə məlumatlar yayılıb.

BakuPost.az xəbər verir ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilir ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Əhalini ehtiyatlı olmağa çağırılan həmin səsli mesajda həmçinin qeyd olunur ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.

“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.

Şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya “Coca-Cola”nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: “”Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

LEGİON.AZ