Polis adamyeyən gənci “iş başında” yaxaladı: Qadını öldürüb ətini yeyirmiş - DƏHŞƏT
Polis gənc qadını öldürərək başını kəsən və yeyən şəxsi güllələyib.
Cebhe.info xəbər verir ki, dəhşətli hadisə Cənubi Afrikada qeydə alınıb. 
Independent-ın yazdığına görə, hadisə ötən həftə baş versə də, ancaq indi açıqlanır. Şahidlər bildirib ki, gənc adam 35 yaşlı qadına bıçaqla hücum edib. Bu zaman qadın evin həyətində dayanıbmış. Şəxs qadının boğazını kəsəndən sonra başını bədənindən üzüb.
Qadının anası dərhal polis çağırıb. Polis cinayətkarı qadının ətini yeyən yerdə yaxalayıb. Təslim olmaq əmrinə məhəl qoymayan şəxs güllələnib. Polis şəxsin hərəkətinin narkotik istifadəsi ilə əlaqəli ola biləcəyini deyib.

LEGİON.AZ