Cadugərin sehri baş tutmadı: Timsah falçını diri-diri parçaladı - VİDEO
İndoneziyada olduqca dəhşətli hadisə baş verib.
Timsahların olduğu su hövzəsinə girən cadugər, bir neçə gün öncə ərazidə yırtıcılar tərəfindən qətlə yetirilmiş yeniyetmənin qisasını alacağını bildirib.
Lakin o, suya daxil olduqdan sonra bir neçə dəqiqə hərəkətsiz qalıb və müxtəlif səslər çıxardıb. Bundan sonra suda üzməyə başlayan cadugər timsahların diqqətini çəkib. Timsahlar hücum edərək onu yeyib. Metbuat.az