Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib
Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.

Cebhe.info xəbər verir ki, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub.

Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.

LEGİON.AZ