Ağcabədidə qəza: 1 ölü, 1 yaralı
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Muğanlı - Hüslü yolunda qeydə alınıb.
Qəza nəticəsində Hüslü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.