Bakıda xəstəxanada meyit ortalıqda qaldı - Xəstələr qorxu içində - VİDEO
Bakıda 3 saylı şəhər klinik xəstəxanasında xoşagəlməz hadisə baş verib.

AzNews.az xəbər verir ki, xəstəxanada müalicə olunan xəstələrdən biri dünyasını dəyişib. Ölən insanın meyiti palatadan çıxarılsa da xeyli müddət xəstəxananın koridorunda qalıb.

Bu isə xətəxanada müalicə alan və xəstə ziyarətinə gələ insanları narahat edib.

Faktla bağlı hadisənin baş verdiyi Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasından isə AzNews.az-a bildirdilər ki, məsələ ilə bağlı heç bir açıqlama verə bilməzlər. "Səhiyyə Nazirliyinin icazəsi olmadan videogörüntü barəsində hər hansı bir məlumatın verilməsi mümkünsüzdür".

Qeyd edək ki, videogörüntünü "bizimyol.info” yayıb.

LEGİON.AZ