Ərdoğan kürdlərə müharibəni xatırlatdı: “Yanıldıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq Kürd Muxtariyaytında keçirilən seperatçı müstəqillik referendumu haqqında danışıb. 
Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu referendumun nəticəsi heç kim tərəfindən tanınmayacaq. 
Türkiyə prezidenti bildirib ki, dünyan yeni böhranla üz-üzədir: 

“Şimali İraq regional rəhbərliyi referendumu keçirməkdə israr etdi. İsraildən başqa təşəbbüsü dəstəkləyən ölkə və beynəlxalq təşkilat da yoxdur. Bu yeni qarşıdurmaların müjdəçisi olmaqdan başqa məna daşımır. 90-91 faiz səs yığılıb, bunun qiyməti varmı? Kim tanıyacaq? Dünya İsraildən ibarət deyil. Kosovonı 114 ölkə qəbul edib, amma hələ də sıxıntı içindədir. Sən bir İsrail ilə nə əldə edəcəksən? Biz görmüşük, olacağını zənn edirlər, olmayacaq, olmayacaq onsuz da. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsan. Neft kəmərini bağlasaq, iş bitdi. TIR-lar Şimali İraqa getməsə, bunlar yemək tapmayacaq. Məcburuq sanksiya tətbiq edək. Bunlara İsrail nəyi, haradan, necə göndərəcək?" 
Ərdoğan kürd rəhbərliyinə tövsiyə də verib: 

"Biz son ana qədər Bərzaninin belə bir səhv etməyəcəyini düşündük, demək yanıldıq. Alınan bu qərar açığı, ölkəmizə də xəyanətdir. Bu məsələ Bərzaninin iddia etdiyi kimi, "kürdlərin haqqı" məsələsi deyil. Əyalət kimi yaşa, nə ehtiyac var bu yollara girməyə? Türkmənlər, ərəblər səsverməyə qatılmadı. Referendumu Şimali İraq rəhbərliyi həyata keçirir. Təbrik etməyi PKK-lı edirsə, orada legitimlik də yoxdur. İştirak payı da, çıxan nəticələr də şübhəlidir. Bu gün sizi qızışdıranlar, sabah çıxıb gedəcəklər, unutmayın. Hazırda onların vəziyyəti eynilə dəvəquşunun halına oxşayır". 
Rəcəb Tayyib Ərdoğan bir daha hərbi variantın gümdəmdə olduğunu yada salıb: 

"İqtisadi sanksiyalardan hərbi variantlara qədər bütün sanksiyalar masadadır. Bunların heç birinə ehtiyac qalmadan Şimali İraq rəhbərliyi ümid edirəm ki, ağlını başına alar". 

LEGİON.AZ