Laçın rayon rəhbərliyi artıq özlərini Bərzaninin “xəritəsinə” uyğun Kürdüstan ərazisi sayır -FOTO
İraq Kürd Regional Hökumətinin Kürdüstan dövləti elan olunması üçün sentyabrın 25-də keçirdiyi referenduma görə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub.
Azərbaycan dövlət olaraq bu məsələyə hələ rəsmi münasibət bildirməsə də, ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.
DİASPOR.AZ-ın məlumatına görə  Azərbaycandada sapı özümüzdən olan baltalar Bakıda oturub Bərzaniyə maşalıq etməkdən çəkinmirlər. Onlardan biri də Laçın rayonu içra hakimiyyətinin hüquq şöbəsinin müdürü Fizuli Tanrıverdiyev adlı şəxsdir . Həmin şəxs sosial şəbəkələrdən istifadə edərək açıq-aşkar separatçılığın təbliği ilə məşğul olur . Yəqin Laçın rayon rəhbərliyi artıq özlərimi Bərzaninin “xəritəsinə” uyğun Kürdüstan ərazisi sayır.
Bu, birmənalı olaraq qəbuledilməzdir, biabırçılıqdır. Görünür, Laçın icra hakimiyyətinin işçiləri vaxtı ilə qardaş Türkiyədən olan igidlərin Qarabağ torpağı uğrunda vuruşmasını unudublar. Belə olmasaydı, bu rəzalətə yol verməzdilər.
Hər halda məsələ ilə bağlı icra başçısının da fikri maraqlıdır. Əsl dağlarda döyüş indi başlayır.

LEGİON.AZ