“POLİSƏ ŞİKAYƏT ETMƏ, PULUNU VERƏCƏM” – TURİZM AGENTLİYİNDƏ FIRILDAQÇILIQ?
İyun ayında “Discover World Travel” vasitəsilə Türkiyəyə getmək üçün müraciət edən müştərilərdən biri şirkətin dələduzluğu ilə üzləşib.
Tur paket almaq üçün müraciət edən vətəndaş şirkətin onun pulunun bir hissəsini mənimsəməkdə ittiham edib: “Türkiyəyə getmək üçün “Discover World Travel”ə müraciət etdik. Pulun yarısını verdim və qalan digər hissəni ödəmək üçün getdikdə gördüm ki, digər müştərilər yığışaraq, pulunu tələb edir. Bu işlə məşğul olan Nərminə Əliyeva ( Dadaşova) camaata yalandan şengen vizası, Türkiyəyə tur paket vermək adı ilə pullarını mənimsəyib. Belə əməllərinə baxmayaraq, o hələ də azadlıqdadır. Mənə isə deyir ki, polisə şikayət etmə, pulunu verəcəm. Artıq 3-4 aydır ki, heç bir məlumat yoxdur. Polisə xəbər etmişəm, ancaq bununla bağlı heç bir tədbir görülmür”.primetime.az

LEGİON.AZ