Sinəsini kiçiltdirən müğənnimiz: “Ağrılıq edirdi deyə kəsdirdim” - VİDEO
Meyxanaçı-müğənni Samirə Yusifqızı bir müddət öncə əməliyyat yolu ilə sinəsini kiçiltdiyinə görə peşmandır. 
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib ki, bir daha əməliyyat masasına əyləşməz: "Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur. Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm".
Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

LEGİON.AZ