Yağışlı hava şəraiti davam edəcək - Temperatur 8 dərəcə də enəcək
“Ölkə ərazisində qeyri - sabit hava şəraiti davam edəcək”. Bu barədə AzNews.az-a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı düşəcək: “Yağış yağacaq, arabir şimal qərb küləyi güclənəcək". Gülşad Məmmədova qeyd edib ki, ölkə ərazisində hava şəraiti sentyabrın 27-dən etibarən dəyişilib: “Şimşək çaxıb, yağış yağıb, Azərbaycanın bəzi rayonlarında intensivləşib, Dağlıq rayonlarda isə qar düşməsi müşahidə olunub”. Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək. LEGİON.AZ