Qızdırma, boğaz ağrısı... Ölkədə infeksiya yayılıb?- Nazirlikdən CAVAB
“Hal-hazırda ölkədə hər hansı infeksiyanın artımı qeydiyyata alınmayıb”. Bunu Cebhe.info-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkə ərazisində yüksək hərarətlə müşayət olunan boğaz ağrısının yayılması barədə məlumatlardan danışarkən deyib: “Hər hansı bir infeksiya ilə bağlı bizə məlumat daxil olmayıb. Ola bilər ki, payız-qış mövsümü ilə əlaqədar narahatlıq var. Hələlik epidemioloji vəziyyət sabitdir. Qarşıdakı soyuq aylarda ola bilsin ki, hansısa xəstəlik barədə məlumat verim. Amma indiki duruma görə hər hansı xəstəlik və ya infeksiya ilə bağlı qeydiyyata alınma yoxdur. Hətta respirator viruslu infeksiyaların qeydiyyatı çox aşağı səviyyədədir. Artım yoxdur və hər hansı narahatçılığa əsas görmürəm”. Qeyd edək ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev ölkə ərazisində yayılan və yüksək hərarətlə müşayiət olunan boğaz agrısı ilə əlaqədar insanları ehtiyatlı olmağa çağırıb. O, yayılan infeksiyanın hava - damcı yolu ilə keçdiyini və yüksək yoluxma qabiliyyətinə malik olduğunu deyərək, tənəffüs yolu ilə insan orqanizminə daxil olan infeksiyadan qorunmaq üçün ictimai yerlərdə insanların sıx olduğu məkanlardan uzaq olmağa çalışmaq lazım gəldiyini söyləyib.