Zəif eşidən insanlar mütləq yeməli olduğu qidalar- MARAQLI
İnsan yaşlaşdıqca get-gedə eşitmə funksiyası da zəifləyir. Buna səbəb orqanizmdəki potasiumun azlığıdır. Potasium daxili qulaqda fəaliyyəti düzgün nizamlayan əsas maddədir. Məhz onun azlığı qulağın səsi alması və onu beyinə göndərməsi prosesini gecikdirir.

Moderator.az xəbər verir ki, mütəxəssis uroloqlar eşitmə zəifləiyini qismən də olsa aradan qaldırmaq üçün kişmiş, pomidor, ərik qurusu, kartof, ispanaq kimi təamlardan istifadəni məsləhət görürlər. Çünki adıçəkilən qidalar başdan-başa qulağın əsas bönövrəsi olan patasium mənbəyidirlər.

Ümumilikdə isə, qulaq problemi üçün ən faydalı qidalar isə ispanaq və brokoli götürülür. ABŞ-ın Miçiqan Universitetinin alimləri isə eşitmə probleminin əsas qaynaqlarından biri kimimaqnezium çatışmazlığını göstərirlər. Bu mənada da ən xeyirli bitkilər ispanaq və brokolidir.

Xüsusən də yaşı 60-ı ötən insanların bu iki bitkidən istifadəsi çox vacibdir.

LEGİON.AZ