Kiyev-Bakı reysində həyəcanlı anlar – YENİLƏNİB
Kiyevdən Bakıya uçmalı olan Ukrayna Hava Yollarına məxsus təyyarədə texniki problemlər yaşanıb. Təyyarə havaya qalxdıqdan sonra geriyə qaytarılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq, bütün sərnişinlər göyərtədən endirilib və təyyarə təkrar texniki baxışdan keçirilib.
Kiyev Hava Limanından Oxu.Az-a verilən məlumata görə, hazırda nasazlıqlar aradan qaldırılıb və sərnişinlər elə həmin təyyarə ilə Bakıya yola salınıblar.
Təyyarənin Bakı aeroportuna yerli vaxtla saat 02:59-da çatacağı gözlənilir.
00:19

Bu gün saat 00:33 radələrində Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus PS-601 saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya qalxan zaman texniki problemlə üzləşib.
Oxu.Az-ın Diaspor.az-a istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxan zaman ön təkər yerə təkrar çırpılıb.
Pilotların sayıqlığı nəticəsində təyyarə geriyə qaytarılaraq Kiyev Hava Limanında eniş edib.
Məlumata görə, hazırda 260 azərbaycanlı sərnişin aeroportda yeni təyyarə gözləyirlər. 
Ukrayna Hava Yolları şirkətindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

LEGİON.AZ