“iPhone 8 Plus” enerji toplayarkən partladı
“iPhone 8 Plus”ın keyfiyyəti ilə bağlı narazılıqlar artmaqdadır. 

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Taylandda Vu adlı qadın kreditlə “iPhone 8 Plus” satın alıb.

Lakin 5 gün sonra telefon enerji yığarkən partlayıb.

Qeyd edilir ki, hadisə baş verən zaman "iPhone 8 Plus" 70 faiz enerji toplayıbmış.

LEGİON.AZ