Qızının lezbiyan olduğunu öyrənən valideynlər onu huşu itənə qədər döydülər
Türkiyədə lezbiyan münasibət yaşayan iki tələbə döyülüb. Konyada 1-ci kurs tələbəsi olan Aynur adlı qız Əminə adlı tələbə yoldaşı ilə münasibət qurub. Onların sevgili olduqlarını öyrənən ailələri dəhşətə gəlib. Əminənin ailəsi qızları saat yarım dayanmadan döyüb. Qızlar huşsuz vəziyyətdə qalıblar. Bir neçə saat sonra özünə gələn qızlar ayılanda döyülmələri ilə bağlı polisə şikayət ediblər. milli.az