Meyxanaçı bıçaqlanması haqda xəbərə aydınlıq gətirdi
Rüfət Nasosnu kimi tanınan meyxanaçı həmkarı Rəşad Dağlı tərəfindən bıçaqlanması barədə yayılan xəbəri yalanlayıb.
Meyxanaçı 
AzVision.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı ilə dostdur:


"Rəşad Dağlı ilə 17 ilin dostuyuq. 3-4 gündən bir görüşürük. Aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır. Həm də indi Məhərrəmlik olduğuna görə toylarda olmur. Kimsə reytinq qazanmaq üçün özündən belə bir xəbəri uydurub. Toy var ki, məni də bıçaqlasınlar”.

LEGİON.AZ