Maştağa sakinləri təbii qaz üzünə həsrət qalıb - "Azəriqaz" isə deyir ki...
Paytaxtın Maştağa qəsəbəsinə 1 həftədir qaz gəlmir.

Metbuat.az bildirir ki, qəsəbə sakinləri bununla bağlı redaksiyamıza müraciət ediblər. Bildirilib ki, qəsəbənin “Bakı fəhləsi” və “Həzi Aslanov” küçələrinə 1 həftəyə yaxındır qaz gəlmir.
Sözügedən problemlə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev bildirir ki, qəsəbədə ümumi qazın mövcudluğu ilə bağlı hər hansı bir ciddi çatışmazlıq yoxdur:

“Maştağa qəsəbəsinin qeyd olunan küçələrində təbii qazın verilişi ilə bağlı problem müşahidə edilirsə, sakinlər birliyin qaynar xəttinə müraciət etsinlər. Çağırış əsasında əməkdaşlarımız tərəfindən yerindəcə tənzimlənmə işləri aparılacaq”.

Qeyd edək ki, "Azəriqaz” İstehsalat Birliyinin qaynar xətti 104 və 185-dir.

LEGİON.AZ