3 Amerika hərbçisi öldürüldü
Nigeriyada silahlılar ABŞ hərbçilərinə atəş açıb.
Cebhe.info xəbər verir ki, hadisə Mali ilə sərhəddə baş verib. ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı iki ölkə hərbçilərindən ibarət patrul xidmətinin atəşə tutulduğunu təsdiqləyib.  
3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Ölənlər Amerika Quru Qoşunlarının hərbçiləridir. 
Hücumu “Əl-Qaidə”yə bağlı olan yerli qruplaşmanın törətdiyi ehtimal edilir. Bu qruplaşma Malidə hökumətə qarşı silahlı mübarizə aparır.
Artıq hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp məlumatlandırılıb.

LEGİON.AZ