Lənkəranda yaşayış evlərini su basıb, sakinlər təxliyə edilib - FOTO
Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.


Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

LEGİON.AZ