“”Əşyalarımı daşıyan “188” yük taksisi mənə 3-4 minlik ziyan vurdu” – ŞİKAYƏT (VİDEO)
Azərbaycanda son illər Yük Taksi xidmətinə təlabatın artması bu sahədə yeni şirkətlərin ortaya çıxmasına səbəb olub.
AZXEBER.COM-a müraciət edən Orxan Qəhrəmanov adlı şikayətçi bir neçə ay bundan öncə 188 yük taksisindən istifadə edib. Şikayətçi Masazır qəzəbəsindən, Binəqədi rayonu 7-ci mikrorayon ərazisinə yük daşıtdırıb. Xidmətin əməkdaşları müştəriyə məxsus əşyaları daşıyan zaman bir qutunu əllərindən salaraq qırıblar.
Nəticədə müştəri zərərə düşdüyünü, ancaq şirkətin bu zərəri ödəmədiyini deyib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Düz bir ay yarım bundan əvvəl yükdaşıma xidməti olan 188-ə müraciət etdim. Necə lazımdır dil tökdülər, bağ belə, bostan belə razılaşdıq. Yükü daşıyan zaman mənə maddi ziyan vurdular. Bir ay yarımdı sabah həll edərik deyirlər, indi də telefon nömrəmi qara siyahıya atıblar. Zənglərimi qəbul etmirlər, bəhanələr gətirirlər. Amma hadisə olan “problem yoxdur müəllim, narahat olmayın maddi ziyanı ödəyəcəyik” deyirdilər.
Şikayətçi təxminən ona 3-4 min ziyan dəydiyini deyir.
Mövzu ilə bağlı AZXEBER.COM olaraq “188” yük taksisi ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışdıq. Portalımızın əməkdaşı ilə söhbətində operator səlahiyyətli şəxslərin hazırda işdə olmadığını, özlərinin əlaqə saxlayacağını bildirdilər. Ancaq məlumat əldə edə bilmədik.
Sözügedən şikayətlə bağlı şirkətin rəsmi mövqeyini dərc etməyə hazırıq:

LEGİON.AZ