Ata 2 günlük körpəsini yumruqlayaraq öldürdü - FOTO
2 günlük körpəsini yumruqlayaraq öldürən ata ömürlük həbs cəzası alıb.

Milli.Az "Metro"ya istinadla xəbər verir ki, 22 yaşlı Liam Deane Luna adlı 2 günlük körpəsini ağladığına görə yumruqlayaraq öldürüb. Uşağın anası evdə yatarkən onu öldürən Liam ömürlük azadlıqdan məhrum edilib.

Uşağın anası yorulduğu üçün yuxuya gedib və uşağı atasına əmanət edib. Liam isə 2 günlük ağlayan qızın səsinə dözə bilməyib və əsəbləşərək onu yumruqlayıb. O, səhər açılanda xanımına uşağın pilləkənlərdən yuvarlandığını söyləyib. Qadın uşağı xəstəxanaya aparıb. Məlum olub ki, o döyülüb.

Məsələ ilə bağlı polisə xəbərdarlıq edilib. Araşdırmalardan sonra Liam Deane saxlanılıb. O, qızını döydüyünü etiraf edib. Liam ömürlük həbs cəzası alıb.

LEGİON.AZ