Təyyarə ekipajı Moskva səmasında naməlum obyektlə qarşılaşıb
Sankt-Peterburqdan Moskvaya uçan sərnişin təyyarəsinin ekipajı yerüstü dispetçer xidmətinə səmada naməlum obyektin olması barədə məlumat ötürüb.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, hadisə cümə günü, oktyabrın 6-da günorta saatlarında baş verib.

Hava gəmisi bundan bir neçə dəqiqə sonra "Şeremetyevo” hava limanında yerə enib. Hadisənin təfərrüatları araşdırılır.

LEGİON.AZ