Təqaüdçülər işə çağrılır: Bu elanın reallıq payı nə qədərdir? - VİDEO
Təqaüddə olanlar diqqət xəbərə! Bakıda bəzi ərazilərə elan vurulub. Pensiyaçıların işə dəvət olunduqları yazılıb. Bəs görəsən bu elanın reallıq payı nə qədərdir?
"Təqaüddə olan xanımları və bəyləri işə dəvət edirik"
Bu elanı Bakının 20 yanvar və 3-cü mikrarayon dairələrinin ətrafında görmək olur. Sözügedən elanlar işıqdirəklərinə və ağaclara yapışdırılıb. Müəyyən bir vaxtdan sonra yaş öz sözünü dediyindən insanın əmək qabiliyyəti də aşağı düşür. Çox hallarda isə sağlamlıq pensiya yaşından artıq işləməyə imkan vermir.
Təqadçülərə təklif olunan işin mahiyyətini öytənmək üçün elanda göstərilən nömrəyə zəng etdik.
Belə məlum olur ki, pensiyaçı dərman və kosmetik vasiələri götürüb qapı-qapı dolaşıb satmalıdır. İşə düzələn təqaüdçüyə vergi ödəyicisi kimi VÖEN açılıb-açılmadığını öyrənmək istədikdə isə sualımız yarımçıq qaldı. Telefon arxasındakı qadın Xəzər Tv-dən olduğumuzu öyrəndikdə müsahibə verməkdən boyun qaçırdı.
Maraqlısı budur ki, elanı görən yaşlı nəslin nümayəndələri gözlərinə inana bilmirlər.Bunun qeyri-qanuni olduğunu düşünənlərlə yanaşı "iş insanın cövhəridir" deyənlər də var.
Qeyd edək ki, Əmək Məcəlləsi pensiya yaşı çatan şəxsin sağlamlığı əl verdiyi təqdirdə işləməsini qadağan etmir.

LEGİON.AZ