Arakanlı müsəlmanları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var
Myanma ilə Banqladeşin sərhədində Arakanlı müsəlmanları daşıyan qayıq batıb.
Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilir ki, ordunun zülmündən qaçaraq Banqladeşə sığınmaq istəyən 12 nəfər həlak olub. Onlardan 10-u uşaqdır.
Hələlik hadisə zamanı qayıqda olanların 13 nəfəri xilas edilib. İtkin düşən 25 nəfərin axtarışı davam edir.

LEGİON.AZ