İrəvanın mərkəzində güclü yanğın: ölən və yaralanan var
İrəvanın mərkəzində yaşayış evində güclü yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar.

Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb.

Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.

LEGİON.AZ