İraqda partlayış: 11 ölü, 15 yaralı
İraqın Hit şəhərində kafedə partlayış baş verib.
Xezerxeber.az-ın "İnterfax"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Məlumata əsasən, partlayışı törədən terrorçu-kamikadze olub. Bütün ölənlər və yaralananlar mülki şəxslər olub.

LEGİON.AZ