PƏHRİZ KƏSMİYİNDƏ KƏRƏ YAĞI - FOTOFAKT
Bakıda fəaliyyət göstərən marketlərin birində satılan kəsmik müzakirələrə səbəb olub.

Belə ki, sosial şəbəkə istifadəçisinin paylaşdığı fotoda əks olunan kəsmiyin pəhriz üçün olduğu yazılsa da, tərkibində kərə yağı qeyd olunub.

Pəhriz kəsmiyində kərə yağının olması sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Onlar yerli istehsalat müəssisələrini səriştəsiz və məsuliyyətsiz olmaqda ittiham ediblər.

Məlumat üçün qeyd edək ki, kəsmik "Anadolu" adlı firmaya məxsusdur.

Məsələ ilə bağlı sözügedən firmanın mövqeyini öyrənməyə çalışdıq, ancaq qeyd olunan ünvandan köçürüldüyü bildirildi. 
PrimeTime.az

LEGİON.AZ