Bakıda iki istiqamətdə sürət həddi azaldılıb
Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

"Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb.

LEGİON.AZ