Yapı Kredi Bankın AzeriCardla problemləri yaşanır?
Yapı Kredi Bank barədə ölkə mətbuatında bir çox məlumatlara rast gəlmək olar. 

Yapı Kredi Bankı nurçulardan tutmuş “Ergenekon”acan bağlayırlar.


Hətta əldə etdiyimiz məlumata görə hər dəfə «Yapı Kredi Bank Azerbaijan»dan ölkə mətbuatında neqativ yazılar gedən kimi Milli Bankın rəhbərliyi bankın rəhbərliyini izahat verməyə çağırtdırır.

Məsələn, Yapı Kredi Bank haqda mətbuatda dərc olunan çoxsaylı yazıların birində şikayətçi vətəndaş bildirir ki, bir neçə il əvvəl Elmlər Akademiyasına yaxın olan ofislərinə Yapı Kredi Bankın əməkdaşı gələrək onlara “WORLD kart” təklif edib: “Mən razılaşdım, o, şəxsiyyətimi təsdiq edən sənədin və jurnalist vəsiqəmin surətini alıb getdi. Bir neçə gündən sonra bankın həmin əməkdaşı ofisimizə gələrək mənə “WORLD kart” təqdim etdi. Kartda 200 manat pul var idi. Mən hər ay vaxtlı-vaxtında bankın Elmlər Akademiyası metrosunun yaxınlığındakı filialında pulumu keçirirdim. Arada gecikmə olanda cərimə gəlirdi və mən növbəti ay gecikmə pulu ilə bərabər krediti ödəyirdim. Bir neçə dəfə bankdan zəng edərək məni məhkəməyə verəcəkləri ilə hədələdilər. Mən banka nə qədər pul borcum olduğunu soruşanda elə bir rəqəm dedilər ki, məəttəl qaldım və dedim ki, bu qədər borcum ola bilməz. Tələbim əsasında araşdırma aparan bank əməkdaşı sonradan mənə zəng edərək səhv etdiyini bildirdi. Mən hiss etdim ki, bank öz müştərilərini aldatmaqla məşğuldur. Ona görə də işimi ehtiyatlı tutaraq banka olan az miqdarda borcumu tam ödədim. Mən ofisin birinci mərtəbəsində polislərin yanında 1 saat gözləsəm də cavab gəlmədi. Mənim vəziyyətimi heç kim təsəvvür edə bilməz. Mən hər dəfə hüquq şöbəsinə zəng edəndə deyirdilər ki, bankın prezidentinin qonaqları var… Müştərinin nəyinə lazmdır ki, bank prezidentinin qonaqları var, ya o, özü kiməsə qonaq gedib… Nəhayət 2 saatdan sonra aşağı mərtəbəyə rəsmi məktub gəldi ki, mənim banka borcum yoxdur. Müştəriyə olan münasibətin ən rəzil formasını mən həyatımda ilk dəfə Yapı Kredi bankda gördüm”

Yapı Kredi Bank barəsində ölkə mətbuatında gedən tənqidi yazıların əsas səbəbkarı tərəddüdsüz olaraq demək olar ki, bankın mətbuat xidmətinin rəhbəri Heydər İsmayılovdur.

Bu həmin Heydər İsmayılovdur ki, jurnalistlərə kredit verilməməsi üçün bank rəhbərliyinin qarşısında məsələ qaldırmışdı. Buna da səbəb göstərmişdi ki, güya jurnalistlər Yapı Kredi Bankdan aldıqları krediti ödəməkdən boyun qaçırırlar və sonradan saytlarda banka qarşı neqativ yazılar yazaraq bankı nüfuzdan salır, bununla da Milli Bankda Yapı Kredi Banka qarşı inamsızlıq yaranır.

Ancaq bu bankın problemləri bununla da bitmir ki, bitmir…


365İNFO.AZ  
saytına müraciət edən iş adamları bildirirlər ki, təxminən üç aydır ki, Yapı Kredi Banka plastik kartla bağlı müraciət ediblər, ancaq bankın AzeriCardla problemi olduğu üçün müştərilərə hələ də kart verilməyib.

Bundan savayı müştərilər bildirirlər ki, bankın filiallarına girəndə müştəri xidmətlərinin əməkdaşları onlarla gülərüz, mülayim rəftar etmirlər, özlərini elə aparırlar ki, elə bil müştəri bankın müştərisi yox , bank müştərinin müştərisidir.

Hətta bununla bağlı bir neçə dəfə mətbuata üz tutan şəxslərin problemləri ilə bağlı Yapı Kredi Bankın mətbuat xidmətinin rəhbəri Heydər İsmayılovla da əlaqə saxlanılıb və müştərilərin iradları Heydər İsmayılova çatdırılıb. Ancaq Heydər İsmayılov bu iradları qulaqardına vurur, çünki yenə də bank işçiləri öz bildikləri kimi bankın müştəriləri ilə kobud davranmağa davam edirlər.

Bankın müştəriləri 365info.az saytının vasitəsi ilə Milli Bankın sədri Elman Rüstəmova müraciət edərək xahiş edirlər ki, bu bankın problemləri ilə bağlı Yapı Kredi Bankda araşdırmalar başlasın.

Bu bank demək olar ki, bir qrup şəxsin əlinə keçib və Heydər İsmayılov bu bankda ictimaiyyətlə əlaqəni yarıtmaz qurub. Heydər İsmayılov bir-iki sayta reklam verərək həmin saytlarda öz banklarının təbliğatını aparır, ancaq bankın müştərilərlə olan problemlərinin həlli istiqamətində heç bir iş görmür. Əksinə mətbuata üz tutan müştəriləri və mətbuatı məhkəmə çəkişmələri ilə təhdid edir.

Hətta bu yaxınlarda Yapı Kredi Bank barədə neqativ yazılar yazan saytların yazısını “Qafqaz Xəbər Agentliyi” öz feysbuk səhifəsində paylaşdığı üçün, bank yazını yazan saytları yox, “Qafqaz Xəbər Agentliyi”ni cavabdeh qismində məhkəməyə verib.

Düzdür, bu cür absurd iddia Nərimanov rayon məhkəməsi tərəfindən rədd olunub, ancaq Heydər İsmayılov məhkəmənin çıxartdığı ədalətli qərarla razılaşmayaraq həmin qərardan apellasiya şikayəti verib.

Bir sözlə mətbuata üz tutan müştərilərin problemi öz həllini tapmır, əksinə mətbuata üz tutan müştərilər və saytlar məhkəmə çəkişməsi ilə qorxudulur. Elə Heydər İsmayılovun bu cür yarıtmaz fəaliyyətinə görə bankın müştəriləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlıya və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bankda yoxlmalara ehtiyac olduğunu bildirlrlər.

Əgər bir bankda plastik kartın müştərilərə verilməsində aylarla problem yaranırsa, qoy onda bu cür bank fəaliyyətini gedib başqa ölkədə davam etdirsin. Vaxtı ilə qapı-qapı gəzib kart paylayıb müştərilərə kredit sırıyanda ağız dolusu deyirdilər ki, biz digər banklardan fərqli olaraq yüksək səviyyədə müştərilərmizə xidmət edəcəyik. Heydər İsmayılov da müştərilərə çox böyük vədlər verirdi və çox tez də “unutdu” öz vədlərini…

Araşdırmamız davam edir, bizi izləyin


Şamil Həsənbəyli


365İNFO.AZ