Ermənilərdən ABŞ-a etiraz
ABŞ Konqresinə Türkiyə - Ermənistan münasibətlərinə dair qanun layihəsi təqdim olunub. 
Cebhe.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, layihə konqresmenlər – Stivers, Kohen və Sessions tərəfindən hazırlanıb. 
Sənəddə qondarma erməni soyqırımının qeyd olunmaması Amerikadakı erməni diasporunun narazılığına səbəb olub. Amerika Erməniləri Milli Konqresi (ANCA) bəyanat yayaraq, Konqresi sənəddən imtina etməyi çağırıb.

LEGİON.AZ