Dövlətin qanunlarını Nizami rayon icra başçısı saymır ,öz qanunlarını icra edir-FOTOLAR
Son vaxtlar şəhərin müxtəlif yerlərində icra hakimiyyətinin narahatçılığa görə üzr istəyirik burda park salınır sözlərinə rast gəlirik. Amma əfsuslar olsun ki,park əvəzinə olan ağaclar kəsilir, yerində hərə özünə bir obyekt yaxud bina tikir.
Bakının Nizami rayonu Qara Qarayev küçəsində hər tərəfi bağlanmış ərazisində də narahatçılığa görə üzr istəyirik burda park salınır yazılsada, əməkdaşlarımız tamam başqa mənzərə ilə rastlaşıblar.
Sakinlərin istirahət yerləri ,kölgələncəyi yerlər,məktəblilərin gedib gəldiyi yerdə nə qədər ağaclar kəsilib yerində isə otuza-a yaxın xirda obyektlər və böyük restoran tikilir.
Göründüyü kimi ağacların kəsilməsi heç də buranın park salmaq niyyəti ilə “abadlaşdırıldığını” göstərmir. Oda hamıya məlumdur ki, Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirilib.

Hazırki qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Görəsən dövlətin bu qanunu Nizami rayonu icra hakimiyyətinə aid deyil?

BakuPress.Az saytının əməkdaşları adı çəkilən yerdə tikinti işləri aparan şəxslərə yaxınlaşıb icra hakimiyyətinin hansısa nümayəndəsini soruşduqda , cavab maraqlı oldu “nə icra hakimiyyəti nə park buranı Ömər adlı iş adamı İcra hakimiyyətindən alıb tikinti işləri aparır. Mən prorabam işimi görürəm başqa heçnə deyə bilmərəm”.

Maraqlıdır özümüzdə cavabdan mətəəl qaldıq. Amma bu gün cəmiyyətimizdə gedən prosesləri izlədikdə,məmur özbaşınalığının baş alıb getdiyini gördükdə bu heçdə təcüblü olmadı. Burdan belə məlum olur ki, ağacların kəsilməsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma idarəsi, eləcə də İcra Hakimiyyəti məlumatlı olublar.

Məsələ ilə əlaqəli Nizami rayonu icra hakimiyyətinin müavinləri və memarı ilə əlaqə saxlamaq istəsək də telefon zəngləri cavabsız qaldı.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlamaq istəsək də burdada telefon zənglərimiz cavabsız qaldı.

Maraqlıdır görəsən bunlar iş yerlərində olmur, yoxsa telefon zəngləri bunlara aid deyil?

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yəqinki öz vəzifələrini icra edərlər.

Araşdırmamız da davam edir.

Qarşı tərəf olaraq hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.

Adı çəkilən ərazidən çəkilmiş fotoları sizə təqdim edirik:

LEGİON.AZ