Nəqliyyat şirkətindən yaşlı nənəyə qarşı qeyri-insani hərəkət… – Pula görə…
Kifayət Mirzəyeva adlı yaşlı qadın Türkiyədə pis vəziyyətə düşüb.

Belə ki, qadını Bakıdakı qohumları Bursada yaşayan qızının yanına getmək üçün avtobusla yola salıb.

Qadının sözlərinə görə, avtobus şirkəti üstündə pul olmadığına görə onu ünvan başına çatmamış yarı yolda endirib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Yaşlı qadının küçədə təkbaşına qalıb ağladığı deyilib.

Qadına həmyerlimiz Ramal adlı şəxs kömək edib. O, hadisə yerinə polis çağırıb. 
PrimeTime.az

LEGİON.AZ