“Qarabağ”- “Atletiko” oyununa nə qədər bilet satıldı?
Ağdamın "Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı "Atletiko Madrid” ilə matça bilet satışı davam edir.

XəzərXəbər-in məlumatına görə, qarşılaşmaya satılan biletlərin sayı artıq 35 minə çatıb.

Azarkeşlər biletləri "ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, "28 Mall”, "Gənclik Mall”, "Park Bulvar” alış-veriş mərkəzlərindən, "Azərbaycan”, "Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından ala bilərlər.

LEGİON.AZ