23 yaşlı oğlan özünü öldürdü - "Binə" ticarət mərkəzində
"Binə" ticarət mərkəzində intihar hadisəsi baş verib.

Ticarət mərkəzində satıcı işləyən Buzovna sakini, 1994-cü il təvəllüdlü Xalid Sadıq oğlu Hüseynov özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.report

LEGİON.AZ