Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTOLAR
Özünü "İnstaqramın selfi kraliçası” adlandıran Conni Vitton adlı qadının başına maraqlı hadisə gəlib.

Axsam.az xəbər verir ki, Conni hamilə olduğunu doğuşa 4 saat qalmış öyrənib.


Belə ki, hər gün selfi çəkərək paylaşan 19 yaşlı qadına izləyiciləri son zamanlar kökəldiyini qeyd ediblər.


Bunun üçün Vitton diyeta saxlayaraq 6 kiloqram arıqlayıb. Lakin belində ağrının get-gedə artıdığını görən gənc qadın həkimə müraciət edib.


Xəstəxanada Conniyə hamilə olduğunu deyiən həkimlər onu doğuşa hazırlayıblar.


Bu barədə Vitton səhifəsinə qeyd edib:


"Belimi yoxlatdırmaq üçün axşam saat 9-da həkimə getdim. Gecə saat 1-də isə qucağıma övladımı verdilər. 9 ay ərzində hamiləliyimdən qətiyyən xəbərim olmayıb. Bunun üçün heç bir halla da rastlaşmamışam”.

LEGİON.AZ