BMT-nin baş katibi prezidentlərin Cenevrə görüşünü alqışladı
BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Cenevrədə keçirdikləri görüşü alqışlayıb.
XəzərXəbər 
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.


BMT-nin baş katibi hər iki ölkə liderini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırıb.



Qeyd edək ki, ötən gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında təkbətək və geniştərkibli görüş keçirilib.

LEGİON.AZ