Sevgilisinin sədaqətini yoxlayan oğlan peşman oldu - "Belə lənətə gəlmiş qızlara inanmayın"- VİDEO
Oğlan sevgilisinin ona xəyanət videosunu Youtube-dakı səhifələrdən biri ilə bölüşüb.
O, videonu "bu tip lənətə gəlmiş qızlara inanmayın", - başlığı ilə yayıb.
Videoda oğlanın sevgilisinin ona özünü futbolçu kimi təqdim edən şəxslə ""flört" etməsi, onu öpüb, qucaqlaması və nömrəsini alması əks olunub.
Video özünü futbolçu kimi göstərən oğlanın kafenin qarşısında gözləyən qızdan saat soruşub, sonra da onunla söhbət etməsi ilə başlayır. Daha sonra qiz oğlana yaxınlıq verib və sevgilisinin olmadığını söyləyib.
Bütün bunları isə oğlanın özü planlayıb. O, sevgilisinin hərəkətlərini kamera quraşdırdığı məkanın yaxınlığından izləyib. Sevgilisinin nə qədər sədaqətli olacağını sınayan oğlan nəticədən xeyli məyus olub.
"To Catch a Cheater" ( əyanətkarı tutun) səhifəsinə yüklənən videoda qeyd edilib ki, cütlük 8 aydır ki, münasibətdə olublar. Milli.Az