365info-nun yazdığı təsdiqini tapdı: Ofeliya Mahmudova Hüseyn Abdullayevə seçkilərdə dəstək olacaq
365info saytı neçə vaxtdır ki, qardaşından 50.000 000 dollar miras qalan Ofeliya Mahmudova adlı xanımdan yazılar dərc edir.
Hətta sonuncu yazıda qeyd olunurdu ki, Ofeliya Mahmudova 2018-ci ildə keçirilən prezident seçkilərində Hüseyn Abdullayevə dəstək olaraq qardaşından qalan 50 miliyon dollar pulu Hüseyn Abdullayevin seçki kompaniyasına xərcləyəcək.
Xatırladaq ki, həmin yazıda bildirilir ki, AMEA Hüquq və İnsan Haqları İnstitutunda şöbə rəisi vəzifəsini daşıyan, hüquq üzrə fəlsəfə doktoru və üç ölkənin vətəndaşı olan Mahmudova Ofeliya Əbülhəsən qızının qardaşı Hafiz Mahmudov 2004-cü ildə Moskva şəhərində itkin düşüb və bu hadisədən sonra Hafiz Mahmudovun 50 milyon dollar məbləğində pulu Ofeliya Mahmudovanın əlinə keçib. Hafiz Mahmudov itkin düşdükdən sonra, milyonlarla dolları idarə edən Ofeliya bir manat da olsun belə onun övladlarına kömək etməyib.
Haqsız olaraq təqribən 50 milyon dollardan cox imkana sahib olan Ofeliya Mahmudovanın göydən düşmüş o pulları bu gün hansı istiqamətdə xərcləyəcəyi bir çox insanlarda sual yaradırdı.
Lakin bu yaxınlarda onun yazdığı statustan sonra belə nəticəyə gəlmək olar ki, bu sualın cavabı məlum olub.
Belə ki, yazıda bildirlir ki, Ofeliya Mahmudova böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır: “Məlumatı verən mənbə bildirir ki, bu xanımın əlində 50 milyon dollardan çox vəsait cəmləşib və gələn il prezident seçkilərində o özü də bir iş adamı olaraq böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır.
Bizi də bu cür düşünməyə sövq edən Ofeliya Mahmudovanın feysbuk səhifəsində paylaşdığı status oldu.
Bu ilin yanvar ayının 2-də saat 20:13-də Ofeliya Mahmudovaya məxsus “Afeliya Mahmud” adlı profildən “Yaltaqlara Dur Deyək” səhifənin videosunu paylaşaraq “Bize ermeni lazım deyil” statusu yazıb.
Məlumat üçün bildirək ki, həmin videoda icazəsiz mitinq keçirməyə cəhd göstərən şəxslərin polis tərəfindən saxlanılması əks olunur. Və “Yaltaqlara Dur Deyək” feysbuk səhifəsində bu video yerləşdirilərək, “Adolf Hitler Heç Yahudilərə Belə Divan Tutmamişdi Ancaq Bu Hakimiyyətin Polisi Görün Nələr Elədi” sözlərindən ibarət status yazılıb”.
Həmin yazıdan sonra biz bu xanımın feysbuk səhifəsinə yenidən ekskurs elədik. Düzdür keçən dəfə müxalifətlə bağlı onun paylaşdığı statusu tapa bilmədik. Ancaq bu dəfə ondan da maraqlı bir statusa rast gəldik. Bu statusda Ofeliya Mahmudova Hüseyn Abdullayevin netxeber.com saytında “Hüseyn Abdullayevdən Şok yazı” başlıqlı yazısını paylaşdığını gördük.
Qeyd edək ki, keçmiş deputatın yazdığı statusdan ibarət həmin yazıda Bəylər Əyyubov, Rövnəq Abdullayev, Əli Həsənov, Kəmaləddin Heydərov, Vilayət Eyvazov və Ziya Məmmədovun ünvanına sərt ittihamlar yer alıb”.
365info.az
 saytına daxil olan məlumata görə Ofeliya Mahmudovanın general çinində olan bir dostu Respublika Prokurorluğunda işləyir və bizi də əsas maraqlandıran odur ki, görəsən onun Ofeliya Mahmudovanın müxalifətə keçməyindən xəbəri yoxdur?!
Axı səhər təhlükəsizlik orqanları balaca araşdırmaya başlasalar, hamıya aydın olacaq ki, Ofeliya Mahmudova Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi polis mayoru Məmmədov Rauf Kamil oğlunun icraatında olan qondarma cinayət işini də Respublika Prokurorluğundakı general dostunun vasitəsi ilə başladıb.
Bəs onda general Ofeliya Mahmudova ilə olan münasibətləri barədə təhlükəsizlik orqanlarında nə izahat verəcək?!
Məlumat üçün bildirək ki, müstəntiq Məmmədov Raufun icraatında olan iş Ofeliya Mahmudovanın itkin düşmüş qardaşı Hafiz Mahmudovun işçisi Araz Dadaşeva qarşıdır.
Ancaq Araz Dadaşev bilirdi ki, Hafiz Mahmudovun 50 milyon dollar pulu bacısı Ofeliya Mahmudova tərəfindən ələ keçirilib. Ona görə də Ofeliya Mahmudova polisdə Araz Dadaşeva qarşı qondarma cinayət işi açıb ki, bu yolla Araz Dadaşevin səsini batırsın.
Nəzərinizə çatdıraq ki, Bakı şəhər sakini Lalə Dadaşevanın səlahiyyətli nümayəndələri onun etibarından sui-istifadə edərək adına olan əmlakın əri Araz Dadaşev tərəfindən qanunsuz olaraq mənimsənilib satılması, bu işdə notariusun qanunsuz əməlləri və huquq mühafizə orqanlarının dələduz notariusa havadarlıq etməsi ilə bağlı mətbuat konfransı keçirmişdilər. Həmçinin Lalə Dadaşeva Baş Prokuror Zakir Qaralova da şikayətlə müraciət etmişdir. Ancaq bu ittihamlardan sonra Araz Dadaşev onun haqqında mətbuatda yayılmış məlumatları təkzib etdi.
QAFQAZ XƏBƏR AGENTLİYİNƏ
 göndərdiyi müraciətində Araz Dadaşev keçmiş həyat yoldaşının və qaynının hüquqi nümayəndəsi İlqar Əliyevin açıqlamasını da təqdim edib. Həmin açıqlamada İlqar Əliyev Lalə Dadaşevanı, onun qardaşı Məmmədov Ruslanı və Ofeliya Mahmudovanı ifşa edir: “Lalə Dadaşeva böyük miqdarda maliyyə dəstəyi almaqdan ötrü və Araz Dadaşevlə ədavətdə olan kiçik qardaşı Samir Dadaşevin məsləhəti ilə Mahmudova Ofeliya Əbirhəsən qızı ilə əlaqə yaratmış bu işdə mən və Fəxri Hacıyev cəlb olunmuşuq. Mahmudova Ofeliya Əbirhəsən qızına 2004-cü ildə itkin düşmüş Hafiz Mahmudova məxsus qızıl əşyalarının L.Dadaşevanın A.Dadaşevin evindən apardığı qızılların içində olduğu bildirilmişdir. Mahmudova Ofeliya L.Dadaşevanın A.Dadaşev barəsində ağır cinayətdə ittiham etdiyini rus dilində video yazı olaraq ona çatdırılmasını xahiş etmişdir. Bundan sonra, 2017-ci ilin mart ayının 3-cü yarısında məndən gizli olaraq Mahmudova Ofeliyanın dəstəyi və onunla birlikdə L.Dadaşeva və Fəxri Hacıyev Moskva şəhərinə getmiş və A. Dadaşeva məxsus olan nal formalı, briliyant qaşları olan və 2 daşlı üzükləri şəxsən Rusiya Federasiyası İstintaq orqanlarına təqdim edərək 2004-cü ildə Hafizin itkin düşməsi ilə əlaqədar cinayət işinin təzələnməsinə nail olaraq orada saxta sübutlarla A.Dadaşevin hər hansı bir yolla həbs edilməsinə çalışmışdırlar”.
Əsas mövzumuza qayıdaraq onu da bildirək ki, 365info.az saytının Ofeliya Mahmudova ilə bağlı məlum yazısından sonra Hüseyn Abdullayev özü də çıxıb bəyan etdi ki, o 2018-ci ildə keçirilən prezident seçkilərində namizədliyini verəcək. Bildirilir ki, Ofeliya Mahmudova Hüseyn Abdullayev üçün Bakı kəndlərində seçki qərargahı yaradaraq Bakı kəndlərinin sakinlərini Hüseyn Abdullayevə səs verməyə çağırır. Ona bu işdə yardımçı olanlar bakı kəndlərindən olan dəstənin üzvləridir.
Məlumat üçün bildirək ki, mənbənin 365info saytına verdiyi məlumata görə bu şəxslərdən savayı Ofeliya Mahmudovaya prokurorluq orqanlarının bir generalı da yardım edir. Həmin prokurorun yardımı əsasında bu şəxslər Bakı BPİ-də Araz Məcnun oğlu Dadaşeva qarşı qondarma cinayət işi açdırıblar. Onlar nəyin bahasına olur-olsun Araz Dadaşevi susdurmaq istəyirlər ki, onların hökümətə qarşı planları ifşa olunaraq mətbuata verilməsin…
Şamil Əfəndi

365İNFO.AZ

Ofeliya Mahmudova müxalifətə qoşularaq yenə də coşdu…
2018 -ci ilin prezident seçkilərində Ofeliya Mahmudova 50 milyon vəsaiti hansı istiqamətə yönəldəcək?