Putin ABŞ-ı təhdid etdi
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 1987-ci ilin dekabr ayında Vaşinqtonda yüksək səviyyəli Sovet-Amerika görüşü zamanı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə buna Moskvanın simmetrik bir şəkildə cavab verəcəyini açıqlayıb.

Bunu Rusiya prezidenti Vladimir Putin"Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
Putin bildirib ki, digər ölkələr də eyni şəkildə hərəkət edərlərsə, Moskova nüvə və nüvə silahı olmayan yeni silah sistemlerini həyata keçirəcək.
Orta Mənzilli Nüvə Silahı Sazişi 1987-ci ildə Sovet-Amerika görüşü zamanı imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, SSRİ 826 ədəd orta mənzilli, 926 ədəd yaxın mənzilli, ABŞ isə 689 orta və 170 yaxın mənzilli raketi ləğv etməli idi. Orta mənzilli raketlər üç il ərzində, yaxın mənzilli raketlər isə il yarım ərzində ləğv olunmalı idi. SSRİ-də nüvə döyüş başlığı 2500 ədəd, ABŞ-da isə 1320 ədəd ləğv olunmalı idi. Bu proses üzərində ciddi beynəlxalq nəzarət qoyulmalı idi. Lakin müqavilənin icrası vəziyyətinə görə tərəflər indiyə kimi bir-birini ittiham edir.xezerxeber.az 

LEGİON.AZ