Məhlədə özbaşına “parking” qurub sakinlərə bilərəkdən ziyan vuran vicdansız
Ağababa Babayev qurduğu xain planla maşınlarını park etmək istəyən bina sakinlərini bilərəkdən ziyana salır.
Təxminən iki il əvvəl, ölkə mətbuatı Nərimanov rayonu, Aşıq Alı küçəsi, bina 7/19-un sakinlərinin müraciəti əsasında, həmin binanın 109-cu mənzilində yaşayan Babayevlər ailəsi və digərləri tərəfindən binanın məhəlləsində törədilən özbaşınalıqdan yazmışdı.
Xatırladaq ki, sakinlər şikayətlərində qeyd etmişdilər ki, binanın üç nəfər sakini İcra Hakimiyyətindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində ərazini qanunsuz zəbt edərək məhəllədə asfaltı deşmiş və öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər, daha dəqiq deyilsə özləri üçün “avtopark” yaradıblar.
Binanın sakinləri tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilsə də, həmin avtomobil sahibləri sakinlərə rədd cavabı vermişdilər.
Bəlkə də həll olunması normalda o qədər də çətin görünməyən, yüzlərlə sakinləri narahat edən bu məsələ bir xeyli müddət öz həllini tapmadı. Problem mətbuatda dəfələrlə işıqlandırıldı, binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istədilər.
Hətta məhəllədə öz avtomobili üçün qeyri-qanuni parking açanlardan biri ATU-nun müəllimi olduğundan binanın sakinləri soruşurdu ki, görəsən Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanovun öz əməkdaşının əməllərindən xəbəri varmı..?
Nərimanov RPİ-nin keçmiş rəisi, polis polkovniki İsmayıl Əsədov isə bildirmişdir ki, Aşıq Alı küçəsi bina 7/19 sakinlərinin şikayətlərinə baxılacaq və qanuni tədbir görüləcək, amma görülmədi.
Bütün bunlardan sonra binanın sakinləri çarəsiz qalaraq kömək üçün Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbova və Bakı Şəhər BPİ-nin rəisi, general-mayor Mirqafar Seyidova müraciət ediblər. “Əgər bu dəfə də tədbir görülməsə, sakinlər ölkə başçısı İlham Əliyev cənablarına və daxili işlər naziri cənab Ramil Usubova müraciət etməyə məcbur olacaqlar”,-sakinlər deyiblər.
Sonda axır ki,bina sakinləri qalib gəldilər.
Belə ki, bir müddət keçəndən sonra Nərimanov bələdiyyəsinin şöbə müdiri Fəxrəddin Əliyev bələdiyyə əməkdaşları ilə birgə məhəlləyə gəlib binanın həyətdəki “avtodayanacaq”ları sökdülər.
Lakin əfsuslar olsun ki, sakinlərin sevinci uzun çəkmədi, qanunsuz parklama problemi yenidən baş qaldırdı və bu dəfə daha azğın və səviyyəsiz şəkildə.
Qeyd edək ki, bəzi insanlar imkanları daxilində qanunsuz olsa belə haranısa hasarlamaq, özününküləşdirmək azarına yoluxublar. Bu iyrənc xəstəliyə tutulanlardan biri isə adı çəkilən problemi yaradan elə əvvəlki “qəhrəman”dır.
365info
 saytının bildirdiyinə görə Babayev Ağababa İlqar oğlu 90-CP-059 nömrəli “Toyota Camri” markalı avtomobili üçün qanunsuz olaraq binanın həyətində yeri yenidən zəbt edərək parking yaratmışdır.
Bundan başqa Ağababa Babayev həmin yerə dəmir mıxlar basdırıb zəncirlə hasarlayaraq qıfıllamışdır. Onun özündən başqa isə həmin yerdə heç kim avtomobil saxlaya bilmirdi.
Ağababa Babayevin özbaşınalığlndan təngə gələn bina sakinləri hətta məcbur olub onun özü və ailə üzvlərindən polisə müraciət etmişdilər.
Bu müraciətdən sonra polis tərəfindən Babayevlər ailəsinin izahatları alınmış və onlara xəbardarlıq olunmuşdur ki, bir daha bu cür qanunsuzluqlara yol verməsinlər.
Ancaq təəsüflər olsun ki, Ağababa Babayev onlara edilən xəbərdarlığa baxmayaraq öz bildiyini etməkdə davam edir.
Belə ki, o bu dəfə , özünküləşdirdiyi yerdə açdığı qanunsuz parkingin girişinə utanmadan hələ bir yol konusu da qoyub. Yol konusunun altına isə, xain plan quraraq bilərəkdən kubik daş bağlatdırıb ki, onun avtomobilindən başqa həmin parkingdə kiminsə avtomobili dayansa həmin avtomobilin bamperi yol konusunun altındakı kubik daşa sürtülərək zədələnsin.
Ağababa Babayevin gördüyü bu cür məkrli iş, vicdansızlıq bina sakininin avtomobilinə ciddi xələl yetirib. Bina sakini Ağababa Babayevin yol konusunun altına qoyduğu kubik daşının da fotosunu çəkərək bizim redaksiyamıza göndərib.
Sakinlər bildirir ki, bu adam müasir binada yaşasa da, müasir avtomobil sürsə də onun bu hərəkətini mədəniyyətdən uzaq Amazon meşələrində yarıçılpaq yaşayan qəbilə adamı da etməz.
Bina sakinləri bu adamın dar düşüncəliyindən , bicliyindən və “çoxbilmişliyindən” doğan bu hərəkətindən təngə gəliblər.
Apardığımız araşdırmalara görə, Ağababa Babayev məhəllədə işsiz-gücsüz həyat tərzi sürən şəxslərdəndir.
Bizə maraqlı gəldi ki, bu cür həyat sürən adamla hüquq mühafizə orqanları niyə maraqlanmır?
Redaksiyamıza müraciət edən bina sakini M.Tağıyev Babayevlər ailəsindən yenidən polisə şikayət etməyə məcbur olduğunu bildirdi: ”Qoy bu ailənin etdiyi hərəkətə hüquq mühafizə orqanları hüquqi qiymət versinlər”.
Bizə çox maraqlı gəldi ki, nədən Ağababa Babayev adi bir şeyi dərk etməyərək sakinləri vecinə almır, anormal hərəkətləri ilə onları qıcıqlandırır, qanunları saya saymır?!
Bu adam əvvəl-axır bu məsələdə cinayət məsüliyyətinə cəlb olunacaq.
365info bu məsələni diqqətdə saxlayacaq.

Şamil Əfəndi

365İNFO.AZ

http://qafqaznews.az/2016/07/asiq-ali-kuc-sind-suluq-ucluk-sousu-davam-edir/
http://qafqaznews.az/2015/10/asiq-ali-kuc-sinin-sakinl-ri-yenid-n-sikay-t-etm-li-oldular-foto-video/
http://qafqaznews.az/2015/08/asiq-ali-kuc-sinin-sakinl-ri-hacibala-abutalibova-v-mirqafar-seyidova-muraci-t-etdil-r-fotolar/
 http://qafqaznews.az/2015/07/asiq-ali-kuc-sinin-sakinl-ri-hliman-miraslanova-muraci-t-etdi-foto/

http://qafqaznews.az/2015/11/asiq-ali-7-19-daki-problemin-arxasinda-abdin-f-rz-liyev-dayanir-foto-video/

http://qafqaznews.az/2015/11/polisl-r-bir-birini-inkar-edir-foto-video/
http://qafqaznews.az/2015/08/qafqaz-x-b-r-agentliyinin-novb-ti-q-l-b-si-foto-video/ http://qafqaznews.az/2015/08/hliman-miraslanov-n-rimanov-sakinl-rinin-muraci-tin-laqeyd-qalmadi-foto-video/

http://qafqaznews.az/2015/07/n-rimanov-b-l-diyy-si-oz-razisinin-z-bt-olunmasini-bilmir-fotolar/
http://qafqaznews.az/2015/07/yer-mix-basdiran-h-kim-samir-m-mm-dovun-mualic-y-ehtiyaci-var-foto/
http://qafqaznews.az/2015/07/n-rimanov-rpi-nin-r-isi-ismayil-s-dov-gunahkarlar-c-zalandirilacaq-foto/
http://qafqaznews.az/2015/07/din-oz-m-kdaslarini-biznes-h-v-sl-ndirir-foto/ http://qafqaznews.az/2015/07/n-rimanov-rayon-sakinl-ri-icra-bascisindan-kom-k-ist-yir-foto/