20 nömrəli məktəbdə -KORRUPSİYA
Amerikapress.com xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseyin direktor müavini Yasəmən Əliyeva barəsində saytımıza daxil olmuş çoxsaylı rüşvətalma faktları barəsində araşdırma aparılmış və həqiqiliyi təsdiqlənmişdir.
Belə olan halda,Yasəmən Əliyeva saytın rəhbəri Rauf Sultanova telefon danışığı zamanı hədə-qorxu gəlmiş və hətta öldütdürə biləcəyini demişdir.
Hazırda bununla bağlı Daxili İşlər Nazirliyinin 102-Məlumat Mərkəzinə şikayət ünvanlamışıq.
Məlumat üçün qeyd edək ki,Yasəmən Əliyevanın yüksək çinli General qaynı Onu açıq-aşıkar himayə edir.
Təbii ki, belə olan halda Yasəmən Əliyeva qorxmadan öz çirkin əməllərini rahatlıqla həyata keçirir.
Ölkə Prezidentinin Korrupsiyaya və Rüşvətxorluğa qarşı hamılıqla mübarizə aparmalıyıq deməsi, heçdə Yasəmən Əliyevanın və Onun himayədar General qaynının vecinə deyil.

Bundan əlavə, Yasəmən Əliyevanın saytın rəhbəri Rauf Sultanovu təhqir etməsi və ölümlə hədələməsi artıq söz azadlığının zorlanmasıdır.

Hesab edirik ki, Hesablama Palatası,.Təhsil Nazirliyi, Baş Prokurorluq və aidiyyəti qurumlar bu şəxs və məktəbin fəaliyyəti barədə ciddi araşdırmalar aparmalıdır.

Amerikapress.com