Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR
Diş çürükləri ilə diş əti xəstəlikləri ölkəmizdə və dünyada ən geniş yayılmış xəstəliklər arasındadır. Bəs sağlam diş və diş ətinə sahib olmaq üçün nələrə diqqət etmək lazımdır? Ailem.az bununla bağlı məsləhətləri diqqətinizə çatdırır.
Dişdən alət kimi istifadə etməyin

Dişləri alət olaraq istifadə etmək səhv vərdişlərdən biridir. Dişlə paketləri açmaq, etiket qoparmaq, müxtəlif şüşələrin açılmasında istifadə etmək travmaya, incəlmiş diş kənarlarında qopmalara, varsa, protezlərin çıxmasına və qırılmasına yol aça bilir.
Dişləri sıxmaq və xırçıldatmaq

Dişləri sıxmaq və xırçıldatmaq adətən stresslə bağlı edilən çox yayılmış bir davranışdır. Xüsusilə gecə yuxuda diş sıxmaq və xırçıldatmaq dişlərdə aşınmalara, diş əti çəkilmələrinə və kök birləşim bölgəsində diş maddəsi itkisinə səbəb olur. Bir müddət sonra dişlərdə yaranan bu ciddi maddə itkiləri dişlərdə həssaslıq yaradır. Dişlərin sıxılması çənə və çevrə toxumalarına da mənfi yöndə təsir edir və əzələlərin spazmı ilə bərabər, baş-boyun bölgəsində ağrılara səbəb ola bilir.
Şəkər
li qidalar yemək
Həddindən artıq və tez-tez yeyilən şəkərli qidalar diş sağlığına pis şəkildə təsir edir. Şəkərin yeyilməsi ilə ağızda yaranan turşulu şərait dişlərin səthində aşınmaya səbəb ola bilər. Diş toxumasındakı bu yumşalmalar da çürüklərin yaranmasına səbəb olar. Buna görə şəkərsiz saqqıza, təbii meyvə suyuna üstünlük verilməsində fayda var.
Çox siqaret və qəhvə istifadəsi

Çox qəhvə və siqaret istifadəsi dişlərin rəng dəyişiminə və saralmasına səbəb olur. Siqaret başda qan dövranını pozduğu üçün diş əti xəstəliklərinin fərq edilməsini önləyir və irəliləyən diş əti xəstəliklərinin nəticəsində də erkən yaşda dişlər tökülür.
Dişləri səhv fırçalamaq

Diş təmizliyinin kifayət olmayan müddətdə aparılması, dişlərin sərt fırçalanması və istifadə edilən fırça tüklərinin sərt olması, xüsusilə də kökündəki sement təbəqəsinin aşınmasına və dentin təbəqəsinin açılması ilə bərabər yüksək səviyyədə həssaslığa yol aça bilər. Dişlərinizi səhər və axşam 2 dəqiqə olmaqla orta sərtlikdə bir fırça ilə, oval hərəkətlərlə və diş ətini də masaj edərək fırçalayın. Axşamları diş ipi ilə aralarını təmizləməyi də adət halına gətirin. Həmçinin ildə 2 dəfə diş müayinəsi etdirməyi unutmayın.

LEGİON.AZ