Ermənistanda mədəndə uçqun - ölən var
Ermənistanın Lori vilayətində, Yerevandan 200 kilometr məsafədə yerləşən mədəndə uçqun baş verib. 
38 yaşlı bir nəfərin dağıntılar altında öldüyü bildirirlir.
Yerli KİV-lər mədəndəki insident nəticəsində dağıntılar altında insanların qaldığını iddia edir.
Hazırda bölgədə axtarış işləri aparılır, xilasedicilər cəlb edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır. xezerxeber.az 

LEGİON.AZ