Səyyar xidmət: kənd sakinləri şəxsiyyət vəsiqələri ilə təmin olunurlar
Şəmkir Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinin əməkdaşları rayonun kənd sakinlərinə səyyar xidmət göstərirlər.
Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsindən bildiriblər ki, səyyar xidmət zamanı vaxtı bitmiş, ümumiyyətlə, vəsiqəsi olmayan sakinlərlə yanaşı, uşaqlara da yeni şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilir.
Növbəti səyyar xidmət Dəllər qəsəbəsində və Çaparlı kəndində göstərilib və ümumilikdə, 73 vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması doldurularaq, müraciətləri qeydə alınıb.
Səyyar xidmət Şəmkir rayonunun bütün kənd və qəsəbələrində keçiriləcək. xezerxeber.az 

LEGİON.AZ