Tanınmış teleaparıcı “Azərsu”ya qarğış etdi: “Ölünüzü yumağa su tapmayasız”
Tanınmış idman şərhçisi Asif Bağırov “Azərsu”nu kəskin tənqid edib.

AZXEBER.COM xəbər verir ki, o “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı və qurumun əməkdaşları haqda kəskin ifadələr işlədib.

Teleaparıcı qeyd edib ki, ödənişi zamanında etsə də, evinə su verilmir:

“Azərsu”nun Mətbuat Katibi (təəssüf ki, tanıyıram) olan Anar Cəbrayıllıya həmişə zəng vurub şikayət eləyirəm. Telefonu qaldıran kimi “yenə suyun gəlmir?” soruşur. Guya xəbəri yoxdu. Lap yoxdu. Mən vaxtlı-vaxtında pulunu verirəmsə evimə su niyə gəlməməlidi? Dostcasına qağa-qağa deyərək yola verir. Dəfələrlə Yasamal rayonu su idarəsinin baş mühəndisi Vaqif müəllim zəng edib, hətta bir dəfə də güngörməzini tərpədib gəlib, maraqlanıb. Amma xeyri yoxdu. Hörmətli Vaqif müəllim cənabi-həzrətləri bildirir ki, bizim zonaya su guya qrafiklə verilir. Yalansa. Bizdə bu qrafikdən əsər əlamət yoxdu. Binamız xruşşovkadı, yaşı 50-i keçib, deyirəm, bəlkə suyumuz klimaks olub, xəbərimiz yoxdu, gəlməyəcək? Qabaqlar su duşa çətinliklə qalxırdısa, səhərdən kitay məsəli Yan-Yu-Yan-a da güclə gəlir. Heç vaxt sosial şəbəkələrdə həddimi aşmamışam. Etikamı gözləmişəm. Amma artıq yetər. “Azərsu”da işləyənlərin və bizim evimizə su gəlməməsində “əməyi” olanların hamısını bir-bir ürəkdən deyirəm. Ölünüzü yumağa su, meyidinizin məqədinə dürtməyə pambıq tapmayasınız.

LEGİON.AZ